Avtobusumuz Bərdədən Ağdam yoluna dönərkən, beynimdə şəhid Xudayarın aylardan bəri şüurumuzu əsir edən, ovsunlayan o zümzüməsi dolaşırdı. Nədənsə, Xudayarın ruhunun bu torpaqlarda, həm də şad-xürrəm dolaşdığı inancındayam. Artıq azad ruhu Ağdam səmalarında dolaşır...