Ötən ay Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən doktorantura və dissertantura səviyyəsində xarici dildən təşkil edilmiş qəbul imtahanında yaranan problem cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu. Belə ki, namizədlərə verilmiş sual kitabçalarının üzərində 1-5-ci test tapşırıqlarının monoloq tipli birinci dinləmə mətninə, 6-10-cu test tapşırıqlarının isə dialoq tipli dinləmə mətninə aid olduğu qeyd edilsə də, test kitabçasında mətnlərin yerləri və nömrələri dəyişik olub. Nəticədə namizədlər verilmiş zaman aralığında 1-5-ci test tapşırıqları ilə tanış olduqdan sonra mətn səsləndirilib. Bu zaman bəlli olub ki, səslənən mətn 6-10-cu test tapşırıqlarının dinləmə mətnidir. Bu isə namizədlərdə çaşqınlıq yaradıb.
Azərbaycan Milli Elmlər Akademiyası doktorantuya qəbul prosesinin iyul - avqust-sentyabr aylarında aparılması, doktorantura təhsilinin isə tədris ilinin əvvəlindən – sentyabrdan başlanılması ilə bağlı təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda təhsilin doktorantura pilləsi üzrə kadrlar hazırlanacaq. “Azərsu”dan Trend-ə verilən məlumata görə, […]