Pandemiya ilə əlaqədar iş yerlərinin qorunması tədbirləri ilə yanaşı, əhalinin məşğulluq imkanlarının artırılması prioritet fəaliyyət istiqamətlərindən biridir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) "DOST İş Mərkəzi" tərəfindən həyata keçirilən işsiz vətəndaşların əmək müqaviləsi ilə ödənişli işlərə cəlb olunması ilə bağlı proqram üçün 80 milyon manat ayrılıb.