Bundan başqa, hesabat dövründə "Azərbaycan Hava Yolları" QSC-yə 10 milyon manat (Naxçıvan MR-ə həyata keçirilən aviareyslərə görə yaranmış zərərin ödənilməsi üçün), "Azərkosmos" ASC-yə 28 milyon manat vəsait ayrılması nəzərdə turtulub
Azərbaycan Sahibkarlar Konfederasiyası sosial tərəfdaşları olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə Beynəlxalq Əmək Təşkilatının “Gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində 12 aylıq subsidiya proqramına start verir.
Respublika Komissiyası dövlət büdcəsinin vəsaiti hesabına 31 rayon (şəhər) üzrə 278419 istehsalçıya 907997,97 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 62127,7 min manat, 9 rayon (şəhər) üzrə 2100 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 217529,2 kiloqram yaş baramaya görə 1087,6 min manat məbləğində subsidiya ayrılması barədə qərar qəbul edib
Respublika Komissiyası 28 rayon (şəhər) üzrə 247625 istehsalçıya 832 490,63 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 57 522 199,5 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib
Azərbaycan prezidentinin 13 yanvar 2017-ci il və 17 mart 2017-ci il tarixli sərəncamlarına asasan "Azərsu" ASC-yə müvafiq olaraq 149,5 mln. manat və 14 mln. manat məbləğində subsidiyalar ayrılıb.