2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə şurasının sədri vəzifəsində işləmiş İsmayılov Nadir Əmir oğlunun qanunsuz əməlləri ilə əlaqədar hazırda ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.