!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tallində təyyarələr eniş edə bilmədi - SƏBƏB

!Reklam – Yazi

Bu gün bir neçə təyyarə Estoniyanın paytaxtı Tallində hava limanına eniş edə bilməyib.

Yenicag.az xəbər verir ki, bu barədə Tallin şəhərinin hava limanının mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, təyyarələrin eniş edə bilməməsinə güclü külək və görüntünün pis olması səbəb göstərilib.

“Kopenhagendən gələn “SAS” aviaşirkətinə məxsus təyyarə eniş edə bilməyib Kopenhagenə qayıdıb. Bundan əlavə, “Air Baltic” aviaşirkətinin Riqadan və Berlindən uçan təyyarələri Riqada eniş edib”, – məlumatda qeyd edilib.

Hava limanında əlavə ediblər ki, Vilnüs və Stokholmdan reyslər təxirə salınıb, bir neçə reys isə gecikdirilir.

Qeyd edək ki, Tallində qar yağacağı, küləyin sürətinin isə saniyədə 30 metrə çatacağı gözlənilir. Havanın temperaturu -6 dərəcəyədək enib.

www.yenicag.az

10602
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv