Litva prezidenti: “Rusiya Baltik dənizində vəziyyəti qəsdən gərginləşdirir”

media-hightechnic-468x90

Litva Prezidenti Gitanas Nauseda bəyan edib ki, Rusiya Baltik dənizində vəziyyəti qəsdən gərginləşdirir və Estoniyadan intiqam alır.

Yenicag.az “Delfi”yə istinadla xəbər verir ki, o, bu fikri Estoniya Hərbi Dəniz Qüvvələrinin Rusiya “kölgə donanması”na məxsus olduğu deyilən “Jaguar” tankerini saxlamağa cəhd göstərməsi və ardınca Rusiyanın Estoniya limanından çıxan yunan tankerini saxlaması fonunda səsləndirib.

Nauseda bildirib ki, Estoniya belə insidentlərin qarşısını almaq üçün gəmi marşrutlarını Rusiya ərazi sularından keçirməməyə çalışır. Onun sözlərinə görə, Baltik dənizi “döyüş meydanına” çevrilir və bu, Rusiyanın məqsədli siyasətidir.

Prezident əlavə edib ki, “kölgə donanması”na qarşı sanksiyalar ən təsirli vasitədir. O, həmçinin Litvanın NATO-nun “Baltik Mühafizəçisi” missiyasının uzadılması üçün müraciət etdiyini bildirib. Litvanın xarici işlər naziri isə NATO missiyasının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600