Tanınmış aktrisa 15-ci mərtəbədən yıxılaraq öldü – FOTO

media-hightechnic-468x90

Türkiyəli aktrisa Yonca Türkman faciəli şəkildə həyatını itirib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa İstanbulda yaşadığı binanın 15-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

Polis dərhal aktrisanın ölümü ilə bağlı araşdırmalara başlayıb.

Evdə tək olduğu bildirilən Yonca mənzilinin eyvanından düşüb.

Qeyd edək ki, 45 yaşlı Yonca Türkman İstanbul Texniki Universitetinin Tekstil mühəndisliyi fakültəsini bitirib. O, uzun illər bu sahədə çalışıb. Sonradan aktrisa kimi fəaliyyətə başlayıb. “Evlilik hakkında her şey”, “Yalnız kurt” , “İyilik”, “Adı sevgi” və digər seriallarında, eyni zamanda, reklam çarxları və teatr tamaşalarında rol alıb.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600