!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyor: “Marketdə ağsaqqal üstümə yeridi ki, utanmırsan..?”

!Reklam – Yazi

“Bir ağsaqqal kişi marketdə üstümə yeridi ki, utanmırsan, o dərmanları niyə oğurlayırsan, ayıb deyil sənə? Yerimdə donub qaldım ki, bu nə danışır. Kənardan hamı təəccüblə mənə baxırdı…”

Bunu tanınmış aktyor İlqar Musayev oynadığı mənfi rola görə qarşılaşdığı tamaşaçı reaksiyasından danışarkən Yenicag.az-a açıqlamasında deyib.

Mənfi obrazlara görə təzyiqlərə məruz qalan aktyor hətta yaxınlarının belə iradlarına tuş gəldiyini bildirib. O, mənfi rolların insanlar tərəfindən müsbət qarşılanmadığını təəssüf hissi ilə qeyd edib:

“Sözün düzü, mənfi obraz oynamaq istəməzdim. Çünki mənfi obraz qalmaqal, bir qədər də çətinlik yaradır. Hətta qohumlar, dost-tanışlar mənə irad tutur ki, əvvəllər daha çox müsbət qəhrəmanları canlandırırdın, amma indi mənfi obrazlara çəkilirsən. Belə suallarla tez-tez qarşılaşıram ki, bu nədir oynayırsan?

Amma son vaxtlar filmlərin sayı da o qədər çox deyil, azalıb. Buna görə də seçim imkanı da o qədər böyük deyil. Nədənsə, axır zamanlar yaradıcılıq taleyimə də belə obrazlar daha çox düşür. Yeni mövsümdə də belə bir obrazla tamaşaçıların qarşısına çıxacam. İstəməzdim, amma məcburam”.

Aktyor müsbət rolların daha çox sevildiyini və yadda qaldığını da bildirib:

“Söz yox ki, aktyor üçün rolun mənfisini də oynamaq çətindir, müsbətini də. Yəni hər ikisi əziyyət tələb edir. Sözsüz ki, peşəkar aktyordan söhbət gedir. Müsbət obraz daha çox yadda qalır, sevilir, mənfi obraz isə daha tez yaddan çıxır. Amma mənfi obrazlar daha çox tənqid olunur. Mən hər cür obrazlar yaratmışam: cinayətkar da, həkim də, digər peşə sahiblərini də. İntellekti olan tamaşaçı yaxşı başa düşür ki, fərqli-fərqli obraz yaratmaq aktyorun işidir. Amma bəziləri anlamır ki, sənin yaratdığın sadəcə obrazdır, o sən deyilsən. Hətta buna görə mənfi reaksiyalarla qarşılaşdığım məqamlar da olub. Tamaşaçını da qınamaq olmaz. Müsbət reaksiyalar da olur. Qucaqlayıb, öpüb minnətdarlıqlarını bildiriblər”.

Cəvahir

www.yenicag.az

1633
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv