!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyordan FƏXRİ AD TƏLƏBİ: “Mədəniyyət nazirinə teleqram vursam da...”

!Reklam – Yazi

“Axı mən niyə kiməsə ağız açıb, qapı döyüb deməliyəm ki, mənə fəxri ad verin?”

Bu fikirləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor Natiq Fərzəliyev deyib.

İllərdir, səhnədə “külüng çaldığını”, lakin zəhmətinin bəhrəsini dadmadığını, əməyinin qiymətləndirilmədiyini deyən aktyor bununla bağlı mədəniyyət nazirinə müraciət etdiyini bildirib:

“Mədəniyyət nazirinə teleqram vurmuşam. Amma hələ ki nazir məni qəbul etməyib. Gözləyirəm, nə vaxt qəbul etsə, gedib danışacağam. Axı mən niyə kiməsə ağız açıb deməliyəm ki, mənə fəxri ad verin? Mən hər zaman başqalarına görə ağız açmışam, amma özümə görə qapı döyməmişəm ki, problemim var, mənə kömək edin.

Amma artıq görürəm ki, yaş da o yaş deyil. Nə qədər ömrüm qalıb ki… Bu gündən sabaha etibar yoxdur. Bəs bu adı nə vaxt alacağam? Niyə axı övladlarımın yanında gözükölgəli olmalıyam, düşünsünlər ki, atamız 40 ildir işləyir, səhnədə külüng çalır, amma zəhməti qiymətləndirilmir.

Demək ki, mənasız bir ömür yaşamışam. Belə çıxır, illərimi nahaqdan bu sənətə qurban vermişəm. Bu gün də öz teatrımızla bərabər digər teatrlarda da tamaşalarda oynayıram, zəhmət çəkirəm. Mən də əməyimin bəhrəsini dadmaq istəyirəm”.

Cəvahir

COP29

www.yenicag.az

474
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv