!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyordan xanımı ilə bağlı ETİRAF: “42 ildə bir dəfə də olsun məni…”

!Reklam – Yazi

“42 ildir onunla ailə qurmuşam. Onu həyatımın ən böyük hədiyyəsi sayıram”.

Bunu Yenicag.az-a tanınmış aktyor Allahverdi Yolçuyev doğum günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

65 illik yubileyini qeyd edən aktyor “doğum gününüzdə aldığınız ən qiymətli hədiyyə nə oldu” sualını cavablandırıb:

“Ən böyük hədiyyəmi Allahım mənə 42 il öncə bəxş edib. Xalam qızı ilə ailə həyatı qurmuşam və xoşbəxtəm ki, bu illər ərzində o, məni bir dəfə də olsun peşman etməyib. Bu illər ərzində bir-birimizi gözəl anlamışıq. Aramızda olan sevgi heç vaxt azalmayıb. 65 illik yubileyimdə də elə ən böyük hədiyyə həyat yoldaşımın, uşaqlarımın, nəvələrimin yanımda olması idi. Onun varlığı hər zaman mənə güc, qüvvət, ümid verib. Ən ağır günlərimdə mənə dəstək olub, varlığımla sevinib. Bundan böyük xoşbəxtlik ola bilməz”.

Cəvahir

www.yenicag.az

819
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv