Tanınmış aktyorun aldığı maaş TƏƏCCÜBLƏNDİRDİ: “O pulla...”
“Sənəti pomidor vəziyyətinə gətirib çıxarıblar”.
Bu sözləri tanınmış aktyor Məhəmməd Verdizadə Yenicag.az-a açıqlamasında deyib.
Yeni mövsümdə rejissorlardan dəvət alsa da, aktyor təklif olunan seriallardan imtina etdiyini bildirib.
Bunun səbəbini isə qonorarın azlığı ilə əlaqələndirib:
“Dəvət almağına aldım, amma imtina etdim, çünki o qədər az qonorar təklif edirlər ki, o pul heç əziyyətinə dəymir”.
Aktyor bu gün sənətə dəyər verilməməsindən gileylənib:
“Bizdə hər şey bu vəziyyətdədir. Mənə heç “pensiya” vermirlər, qaldı ki, sənətə dəyər versinlər. Eh, sənəti pomidor vəziyyətinə gətirib çıxarıblar”.
“Bəs necə dolanırsınız” sualına aldığımız cavab belə oldu:
“Teatr Xadimləri İttifaqından 350 manat maaş alıram, vəssalam. 9 ildə bütün teatrlara müraciət etdim, Universitetdə çalışmaq üçün 7 dəfə müraciət etdim , çünki mən Azərbaycanda yeganə ixtisaslı rejissor-aktyor sənəti müəllimiyəm. Universitetdə adi aktyorlar bildikləri kimi dərs deyir, amma mən Leninqradda Tovstonoqovun kursunu bitirmişəm. Əfsus ki, müraciətim cavabsız qaldı: nə teatrlar nə də ki Universitetdə məni işə götürmədilər”.
Cəvahir