Tanınmış fotoqraf, jurnalist İlqam Cəbiyev yol qəzasına düşüb.
Yenicag.az xəbər verir ki, hadisə günorta saatlarında Ələt-Astara-İran magistralında, Lənkəran rayonu ərazisində qeydə alınıb.
1984-cü il təvəllüdlü İlqam Xanağa oğlu Cəbiyev idarə etdiyi “Hundai SantaFe” markalı minik avtomobili hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı beton maneəyə çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xatırladaq ki, İlqam Cəbiyev bir neçə media qurumunda fotoqraf kimi fəaliyyət göstərib. Hazırda “Doğru.az ” saytının rəhbəridir.
www.yenicag.az