!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış meyxanaçıdan OLAY SÖZLƏR: "Şort geyinən kişi..."

!Reklam – Yazi

“Şort geyinib cəmiyyət içinə çıxmağı kişiyə yaraşdırmıram…”

Bunu tanınmış meyxanaçı Mehman Əhmədli Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi heç vaxt şort geyinmədiyini və geyinən kişilərə də müsbət yanaşmadığını bildirib:

“Avropa ölkələrində insanlar başqa düşüncəyə sahibdirlər. Yolun ortasında, yaxud da parkda-bağda nəsə abırsız bir iş görürlər, amma bu heç kimə əxlaqsız hərəkət kimi görünmür. İnsanlar buna adi bir hal kimi baxır, laqeyd şəkildə onların yanından ötüb keçirlər. Amma bizim öz mental dəyərlərimiz var. Olmaz, ayıbdır! Abır-həya deyilən bir şey var. Ana var, bacı, qız, gəlin var. Heç bunu da qoyaq qırağa, bizim öz düşüncə tərzimiz, həyata baxışımız, əxlaqi dəyərlərimiz var. Nə qədər keçmişdəki kimi adət-ənənələrə riayət olunmasa da, bəzi dəyərlərimiz var ki, onlar mütləq qorunub saxlanılmalıdır”.

M.Əhmədli şort geyinib, cəmiyyət içərisinə çıxmağı heç vaxt özünə yaraşdırmadığını deyib:

“Ömürboyu şort geyinmərəm, nəinki geyinmərəm, heç ağlımın ucundan da keçməz. Dənizdə, əyləncə yerində, bağda dostlarla geyinmək olar. Amma cəmiyyət içində nəinki şort geyinərəm, hətta yaxınlardan, dostlardan kiminsə geyindiyini görsəm, həmin adam hörmətdən düşər. Bunu onlara yaraşdırmaram. Kişisən, geyinmisən şortu, çıxmısan küçəyə, ayaqlarının tükləri qalıb bayırda. Sən öz-özünə bunu necə yaraşdırırsan? Avropada kişilər var ki, lazerə gedir. Bunu da kişiyə yarşdırmıram. Buna çox pis baxıram. Adi bir misal çəkim: Bir kişi öz ailəsi ilə harasa gedir, qarşısına şort geyinən biri çıxır, onu görəndə avtomatik olaraq həmin kişi əsəbiləşəcək”.

Cəvahir

www.yenicag.az

456
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv