Tanınmış meyxanaçının SƏHHƏTİ PİSLƏŞDİ: “Heç əməliyyat da etmək olmaz”

media-hightechnic-468x90

 

Biri neçə gün əvvəl ürəyindəki şikayətlərə görə təcili xəstəxanaya yerləşdirilən tanınmış meyxanaçı Xəyyam Əhmədlinin vəziyyəti ağırdır.

Yenicag.az xəbər verir ki, bu barədə aktyor Elcan Rəsulov açıqlama yayıb. O, sənətçinin vəziyyətinin yaxşılaşması üçün 15 min dollar vəsait lazım olduğunu qeyd edib: “Xəyyamın vəziyyəti yenə ağırlaşıb. Bu dəfə heç əməliyyat da etmək olmaz. Oqtay Kamil dedi ki, aparata qoşulmalıdır. O da 15 min dollardır.

Xəbəri dostlarla paylaşın, görək nə baş verir? Allah köməyi olsun”. Qeyd edək ki, meyxanaçı bir müddətdir ki, ürək problemləri ilə mübarizə aparır. Dəfələrlə xəstəxanaya yerləşdirilən Xəyyam əməliyyat olunmalı idi. Amma səhhəti zəif olduğu üçün həkimlər ona bu əməliyyat üçün gözləməyi məsləhət bilmişdi.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600