Tanınmış rejissor DÜNYASINI DƏYİŞDİ - SON DƏQİQƏ
Uzun illər televiziyada fəaliyyət göstərən tanınmış rejissor Rauf Süleyman dünyasını dəyişib.
Bu barədə Yenicag.az-a Peşəkar Rejissorlar Gildiyasının icraçı direktoru Şahirə Tacəddin məlumat verib.
Onun sözlərinə görə, Rauf Süleyman Kanadanın Toronto şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, mərhum rejissor Xalq artisti Ramiz Həsənoğlunun qardaşıdır.
Cəvahir














