Azərbaycanın bir qrup tanınmış ziyalısı 9 fevralda Milli Məclisə keçiriləcək seçkilərlə bağlı 9 saylı Binəqədi ikinci seçki dairəsinin seçicilərinə müraciət edərək onları bu dairədən deputatlığa müstəqil namizəd Günel Səfərovaya səs verməyə çağırıb.
Yenicag.az müraciəti olduğu kimi təqdim edir:
“Əziz 9 saylı Binəqədi ikinci seçki dairəsinin seçiciləri!
Günel Səfərova dürüst, dəyişməz mövqeyi, prinsipləri olan, yüksək intellektə, dünyagörüşünə sahib, milli dəyərlərlə müasirliyi uzlaşdırmağı bacaran bir Azərbaycan qadınıdır.
Günel Səfərova olduğu hər yerə özü ilə bir ovuc Azərbaycan aparan, atdığı hər addımda mənsub olduğu xalqı düşünən əsl Azərbaycan vətəndaşıdır.
Günel Səfərova başqalarının ağrısını öz ağrısı kimi hiss edən, həssas və eyni zamanda haqlı bildiyi hər kəs, doğru saydığı hər şey uğrunda sona qədər mübarizə aparmağı bacaran bir insandır.
Günel Səfərova 9 fevralda Milli Məclisə keçiriləcək seçkilərdə sizin dairədən müstəqil namizəddi. O hakimiyyətin, nazirin, icra başçısının yox, məhz sizin – vətəndaşın namizədidir.
9 fevralda seçkiyə gəlin və Günel Səfərovanı seçin. O yalnız və yalnız sizin Milli Məclisdə danışan diliniz olacaq. Öz səsinizi parlamentə daşıyın!
Hörmətlə,
Novella Cəfəroğlu, hüquq müdafiəçisi
Mirvari Qəhrəmanlı, hüquq müdafiəçisi
Mehriban Zeynalova, qadın hüquqlarının müdafiəçisi
Şəhla İsmayıl, Rasional İnkişaf Uğrunda Qadinlar Cəmiyyətinini rəhbəri
Ruhəngiz Hüseynova, Qadınlar Arasında Həmrəylik təşkilatının sədri
Aslan İsmayılov, tanınmış hüquqşünas
Əliməmməd Nuriyev, “Konstitusiya” Araşdırmalar Fondunun
Bəxtiyar Hacıyev, ictimai fəal
Şahbaz Xuduoğlu, “Qanun” nəşriyyatının rəhbəri
İlham Səfərov, “İnternyus Azərbaycan” İctimai Birliyinin rəhbəri
Azər Mehdiyev, iqtisadçı
Natiq Cəfərli, “REAL” partiyasından icra katibi
Fərhad Mehdiyev, hüquqşünas
Seymur Kazımov, media eksperti”/Aktual/
www.yenicag.az