Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Tarix yaza bilərdik" - Rəşad Sadıqov

Reklam: Sinerji Pro

UEFA Çempionlar Liqasının qrup mərhələsinin “Roma” ilə oyunundan sonra “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Yenicag.az saytının əməkdaşının da suallarını cavablandırıb.

– “Roma”ya da məğlub oldunuz. Matç haqda nə deyə bilərsiniz?
– Mən həmişə komandamızın gücünə inanmışam. Bütün oyunlardan öncə yaxşı nəticə qazanacağımıza inanırıq. Amma matçın əvvəli bizim üçün gözlənilməz başladı. İki oyundu ki, həyəcanla başlayırıq. Vəziyyəti öz xeyrimizdə dəyişmək istəsək də, rəqib futbolçuların ustalıq səviyyəsinin üstün olması bizə problem yaratdı. Şükürlər olsun ki, erkən qoldan sonra “sınmadıq” və oyunda dönüş yarada bildik. İkinci hissədə xeyli qol imkanlarımız olsa da, onlardan istifadə edə bilmədik. Düşünürəm ki, 1 xal qazanıb tarix yaza bilərdik. Təəssüflər olsun ki, bunu edə bilmədik.

– Edin Dzekonun qol epizodunda nə baş verdi?
– Ümumiyyətlə, bunların belə düşünülmüş hücumları var, bir ötürmə ilə arxaya atırlar. Bu dəfə də elə alındı. Cərimə meydançasında isə üstünlük hücumçuda olur. Rəqibə daha rahat oynamağa şərait yaratdıq və Dzeko bizi cəzalandırmağı bacardı. Ümumiyyətlə, Dzeko yaxşı hücumçudur və ona qarşı oynamaq çox çətindir.

– Necə düşünürsünüz, “Roma” bu oyuna görə “Qarabağ”dan çəkinməlidir?
– Fikrimcə, “Roma” futbolçuları ikinci hissədə nəticəyə görə çox narahat idilər.

– Demək olar ki, hakim bütün şübhəli qərarları “Roma”nın xeyrinə verdi. Onunla bu haqda söhbətin oldu?
– Xeyr, hakimlə ümuiyyətlə danışmadıq.

– Tribunalarda möhtəşəm azarkeş dəstəyi var idi. Bu barədə nə deyə bilərsən?
– Möhtəşəm atmosfer var idi. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, onlar da stadiona gəldikləri üçün peşman olmadılar. Əlbəttə, onları qələbə ilə sevindirmək istəyirdik.

– Son dəqiqəyə kimi azarkeşlər getmədilər…
– Özünüz də gördünüz ki, son anlarda əla imkanımız olsa da, qol vura bilmədik. İstəyirdik ki, onları sevindirək, ancaq alınmadı.

www.yenicag.az

3098
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM