Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Tarixi qala külə döndü

Yaponiyanın tarixi Şuri qalasında yanğın hadisəsi baş verib.

Yenicag.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, YUNESKO-nun “Dünya Mirası” siyahısına daxil olan Şuri qalasında yanğın əsas binada meydana gələrək qısa müddət ərzində ətrafa yayılıb. Yanğın siqnalının işə düşdükdən bir neçə dəqiqə sonra hadisə yerinə gələn yanğınsöndürmə dəstələri uzun müddət alovları söndürə bilməyib. Nəticədə 4 min 800 kvadrat metrlik əraziyə yayılan yanğın tarixi qalanı külə çevirib.

Hadisə yerinin yaxınlığında yaşayan 30-dan çox vətəndaş evakuasiya edilib.

Qeyd edək ki, Yaponiyanın Okinava bölgəsində yerləşən qala Yaponiyanın ən əhəmiyyətli simvollarından biri hesab olunurdu. 500 il əvvəl inşa edilən Şuri qalası 2000-ci ildə YUNESKO-nun “Dünya Mirası” siyahısına daxil edilmişdi.

www.yenicag.az

9554
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM