!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Tarixi yaxşı bilirik" - İlham Əliyev

!Reklam – Yazi

“Biz bu gün parlamentin 100 illiyini qeyd edirik. Yüz il bundan əvvəl, əlbəttə, Azərbaycan parlamenti öz funksiyalarını tam şəkildə icra edə bilmirdi. Biz, əlbəttə, müstəqil dövlət idik, ancaq onu da hamımız bilməliyik ki, 1918-1920-ci illərdə müstəqilliyimiz tam deyildi. Azərbaycan çox zəif bir ölkə idi. Azərbaycan müstəqil həyatda ilk addımlarını atırdı. Ölkə daxilində kifayət qədər çox problemlər var idi. Deyə bilərəm ki, hökumət ölkə ərazisinə tam nəzarət edə bilmirdi. Deyə bilmərəm ki, biz o vaxt beynəlxalq təcriddən tam çıxa bilmişdik. Bizi qəbul etməyənlər də var idi. Biz tarixi yaxşı bilirik”.

Yenicag.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda deyib.

Dövlət başçısı vurğulayıb ki, bu gün isə Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir: “Bu gün Azərbaycan tam müstəqil siyasət aparır. Qeyd etdiyim bütün məsələlər – istər xarici siyasətlə, daxili siyasətlə, iqtisadiyyatla bağlı olan bütün nailiyyətlər bu məqsədə xidmət göstərir ki, bizim müstəqilliyimiz daha da möhkəmlənsin. Müstəqilik təkcə dövlət atributları deyil. Sən müstəqil siyasət apara bilirsən, yoxsa yox? Bunu uğurla apara bilirsən, yoxsa yox? Bu müstəqil siyasət sənə xeyir gətirir, yoxsa yox? Bax, bu suallara cavab verdikdə əminliklə deyə bilərik ki, bu gün tam şəkildə müstəqil siyasət aparan Azərbaycan öz milli maraqlarını tam şəkildə təmin edir. Azərbaycan parlamentinin bu işlərdə önəmli rolu var”.

AzərTac

COP29

www.yenicag.az

1876
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv