Tatarıstan Paşayevanı təltif etdi

media-hightechnic-468x90

Tatarıstan Dövlət Şurasının başqanı Fərid Məhəmmədşin Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanı təltif edib.

Yenicag.az xəbər verir ki, Tatarıstan Respublikası Dövlət Şurası başqanının “Təşəkkürnaməsi”ni və Dövlət Şurasının nişanını Şuranın üzvü, Tatarıstan Yazıçılar Birliyinin başqanı, xalq şairi Rkail Zəydulla Tatarıstanın Azərbaycandakı Daimi Nümayəndəliyində keçirilən tədbirdə Q.Paşayevaya təqdim edib.

Q.Paşayevaya həmçinin Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəsi Murad Qadılşin tərəfindən “Təşəkkürnamə” verilib.

Qeyd edək ki, Q.Paşayeva tatar ədiblərinin azərbaycanca dərc edilən müxtəlif kitablarının məsləhətçisi və müvafiq səfərlərin, təqdimat mərasimlərinin dəstəkçisi olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600