Tatarlar rəsmən Rusiya hakimiyyətini tanıdılar – Təzyiq
Krım Tatar Məclisi Krımın yeni hakimiyyəti ilə əməkdaşlığa başlayıb.
Bu barədə informasiya Krım Tatar Məclisinin rəsmi saytında yerləşdirilib.
Hazırda Krım hakimiyyətində iki vəzifəyə tatar təklif olunub: “Krım hakimiyyətində iki nəfəri vəzifəyə təklif etmişik. Bunlardan biri Lenur İslamovdur. Məşhur biznesmeni Baş nazirin birinci müavini vəzifəsinə təklif etmişik. Zaur Smirnovun isə Xalqlararası Münasibətlər Komitəsinin sədri vəzifəsinə gətirilməsi planlaşdırılıb”.
Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov isə təklif edilən şərtlərin heç də Krım hakimiyyətində olan dəyişiklikləri qəbul etmək demək olmadığını bildirib.
Qeyd edək ki, bir müddət öncə Krım Tatar Məclisinin Mətbuat katibi Liliya Osmanova açıqlamasında Krım rəhbərliyi ilə razılaşmanın olmayacağını bildirmişdi(axar.az).