Tayvan üzərində QLOBAL SAVAŞ: ABŞ-Çin qarşıdurması NÖVBƏTİ FAZADA

media-hightechnic-468x90

“Hindistanla Pakistan, İranla İsrail arasındakı qarşıdurmalar ABŞ-Çin toqquşmasıdır”.

Bu sözləri Tayvanın böyük hərbi təlimlərə start verməsi, buna cavab olaraq Çinin də Tayvan ətrafına qoşunlar yığması və gözlənənləri Yenicag.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.

media-terlan-eyvazov

O, bildirib ki, Çin Tayvandan heç vaxt vaz keçməyəcək:

“İkinci Dünya müharibəsindən sonra 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirir, SSRİ-nin dəstəyi ilə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçir. Çin Milli Partiyasının lideri Çan Kay Şek Tayvan adasına qaçmalı olur. Çin Respublikasının fəaliyyətinin buradan davam etdiyini dünyaya elan edir. 1949-cu ildə baş verən bu yenidənquruluşu dünya tanıyır. 1971-ci ildə Çin Respublikası BMT-dən çıxarılır və oraya Çin Xalq Respublikası daxil edilir. Çin Tayvanı güzəştə getmədi, necə ki, Honk-Konq Çinin tərkibində tanınır. Çinin Tayvan məsələsini həll etməsinə ABŞ mane olur. ABŞ-nin dəstəyi ilə Tayvan iqtisadi və hərbi baxımdan güclənib və monarxiyadan gələn dövlətçiliyini qoruyub saxlamaqdadır”.

Onun sözlərinə görə, hazırda Çin hərtərəfli güclənir və qonşu ölkələrdə ərazi iddialarını yerinə yetirir:

“Qırğızıstanla, Qazaxıstanla bunu etdi, Hindistanla hətta qanlı münaqişəyə girib. Bu o deməkdir ki, Tayvandan da vaz keçməyəcək. Eyni zamanda ABŞ-nin dəstəyi ilə Tayvan da Çinə qarşı addımlar atır. Necə ki, Azərbaycan bütün hərbi təlimlərini Qarabağın azad olunması üçün keçirirdi, eləcə də Çin də bütün hərbi yöndəki tapşırığı Tayvan yönündədir. Ancaq Çin tərəfi açıq şəkildə çalışır ki, bu məsələni sülh yolu ilə həll etsin. Tayvanın buna müqavimət göstərməsi, diş qıcaması, hətta ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin ora səfəri də vəziyyəti bir qədər qəlizləşdirmişdi. Çünki bu, Çinin ərazi bütövlüyünü tanımamaq yönündə atılan addım idi. Ancaq Çin buna soyuqqanlı yanaşdı”.

“Çin Tayvan məsələsini həll etmək əzmindədir və bu yöndə də addımlar atır. Hindistanla Pakistan, İranla İsrail arasındakı qarşıdurmalar ABŞ-Çin toqquşmasıdır. Bunların kökündə isə Tayvan dayanır. Hazırda əsəblərin tarıma çəkilməsi savaşı gedir sanki. Hər bir halda, düşünürəm ki, Nensi Pelosinin təxribatından sonra silaha əl atılmadısa, Çin nə qədər imkanı var bu məsələni sülh yolu ilə həll edəcək. Ancaq Çin heç vaxt öz ərazisindən keçməyəcək”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600