“Türk Dövlətləri Təşkilatı olaraq qurucu üzvümüz Azərbaycan Respublikasını Konstitusiya Günü münasibətilə təbrik edirik”.
Yenicag.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) “Twitter” hesabında yazılıb.
“Azərbaycan hökuməti və və qardaş Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq”, – paylaşımda bildirilib.
Qeyd edək ki, bu gün – 12 noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur.