Teatrdan gedən aktrisa KİMDƏN ÜZR İSTƏDİ? - “Məni bağışlayın, məcbur oldum”
Tanınmış aktrisa, Əməkdar artist Mehriban Xanlarova Akademik Milli Dram Teatrındakı fəaliyyətinə son qoyduğunu bəyan edib. O, teatrda yaşanan problemlərə görə bu addımı atdığını bildirib.
Yenicag.az-a açıqlama verən aktrisa məcburiyyətdən bu addımı atdığını deyib:
“Ərizəmi yazıb direktora təqdim etdim, teatrdan getməyə qərar verdim. Mən tamaşaçılarımı sevirəm, onlar mənim aldığım nəfəsdir. Başa düşürəm, teatrdan getməyimlə onları da incitmiş oldum. Amma buna məcbur oldum, mən bütün tamaşaçılarımdan üzr istəyirəm, onların qarşısında baş əyirəm. Çünki məni Mehriban Xanlarova kimi tanıdan, sevdirən onlar olub. Məni bağışlasınlar, bu addımı atmağa məcbur oldum. Teatrın direktoru bu məsələdə heç bir məsuliyyət daşımır, gözəl insandır. Onun dırnağına daş dəyməsini isətəmədiyim üçün bu addımı atmağa məcbur idim”.
Aktrisa “Hansı halda yenidən teatrdakı fəaliyyətinizi davam etdirməyə razılıq verərsiniz” sualını da cavablandırıb:
“Yalnız bir halda geri dönə bilərəm. Teatrda haqq-ədalət bərpa olunsun, day-dayılıq, qohumbazlıq, bitsin, ədalətsizlik bitsin”.
Cəvahir












