!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təbrizlilər Şəbnəmi “1 manatlıq müğənni” adlandırdı

!Reklam – Yazi

Müğənni Şəbnəm Tovuzlunun Qum şəhərində Xanım Məsumənin məqbərəsini ziyarət edərkən çəkdirdiyi baş örtüklü görüntüləri təkcə Azərbaycanda deyil, İranda da maraqla qarşılanıb. Sosial şəbəkələrin həm Azərbaycan, həm də İran seqmenti müğənninin fotolarına özünəməxsus şəkildə münasibət bildirib. 

Yenicag.az xəbər verir ki, “Facebook”un Azərbaycan seqmentində xanım müğənniyə daha çox fotolarına görə irad bildirilib. Şəbnəmin tez-tez açıq-saçıq fotolarıyla gündəmə gəldiyini xatırladan azərbaycanlı izləyiciləri onu dini hissləri istismar etməkdə suçlayıblar.

Müğənninin İranda qadın azadlıqları uğrunda mübarizənin gücləndiyi bir vaxtda qara çarşaba bürünməsinə siyasi rəng verənlər də oldu. Bəzi izləyiciləri Şəbnəmi molla rejiminə dəstək verməkdə suçladı.

Facebookun İran seqmenti də müğənniyə tənqidi münasibət sərgiləyib. İranlı sosial şəbəkə iştirakçıları Şəbnəmi “Azərbaycan casusu”, “ikiüzlü xatun” və “1 manatlıq müğənni” kimi təhqiramiz epitetlərə “qonaq edib”.

Qeyd edək ki, Şəbnəm Tovuzlunun adı ətrafında ajiotaj onun dekabrın 26-da Məşhəd və Qum şəhərində ziyarətgahlara baş çəkməsindən sonra yaranıb.

COP29

www.yenicag.az

2266
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv