Türkiyənin Burdur rayonunda bədbəxt hadisə yaşanıb.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, İsmail Sargın tənəffüs sistemində yaranan problemlərə görə 15 DB 429 dövlət qeydiyyat nişanlı təcili tibbi yardım maşını ilə Burdur Dövlət Xəstəxanasına aparılıb. Lakin yolda qəfildən oksigen balonu partlayıb. Nəticədə, maşında yanğın başlayıb. Sürücü Hamza Tokgöz, tibb işçiləri Levent Yaman və İbrahim Bölükbaşı, eləcə də xəstənin xanımı Teslime Sargın dərhal maşını tərk ediblər.
Bu zaman ikinci oksigen balonu da partlayıb. Yanğın gücləndiyi üçün xəstəni bayıra çıxartmaq mümkün olmayıb.
Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovun qarşısını alıb, maşından İsmail Sargının külə dönmüş cəsədi çıxarılıb.
www.yenicag.az