!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TƏDQİQAT: Bəzi xərçəng növlərini müalicə etmək mümkün OLACAQ!

!Reklam – Yazi

Alimlər kişiləri qadınlardan ayıran Y xromosomunun xəritəsini tərtib ediblər. Bu kəşfin kişilərdə bəzi xərçəng növlərini və sonsuzluğu müalicə edəcəyi gözlənilir.

Yenicag.az xəbər verir ki, ABŞ-dəki Milli İnsan Genomu Tədqiqat İnstitutu adından Telomere-Telomere (T2T) Konsorsiumunun tədqiqatçıları 23 cüt gendən yalnız kişilərdə tapılan Y cinsi xromosomunun xəritəsini tamamlayıb.

DNT sekvensiyası texnologiyaları və sekvensiya üsulları ilə xəritələşdirilməsi tamamlanan Y xromosomu yuxarıdan aşağıya və aşağıdan yuxarıya oxuma (palindrom) xüsusiyyəti ilə digər xromosomlardan fərqlənir.

Y xromosomu, ardıcıllığı və yığılması ən çətin insan xromosomudur. Bütün ardıcıllığın deşifrə edilməsi elmin məhək daşıdır. 20 ildən artıqdır ki, Y xromosomu üzərində işlər gedir.
Əvvəlki araşdırmalar kişilərin yaşlandıqca, genetik materialının bir hissəsini və ya hamısını itirdiyini göstərsə də, elm adamları bu hadisənin səbəb-nəticə modelini dəqiq müəyyənləşdirə bilməyiblər. İlkin mərhələdə kəşfin kişilərdə xərçəng və sonsuzluq kimi bəzi xəstəliklərin gen terapiyası ilə həllinə imkan verə biləcəyi bildirilib.

Nəsimi Ələsgərli

www.yenicag.az

732
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv