“Təəssüf ki, bu günə qədər icra hakimiyyəti, …”

media-hightechnic-468x90

cccccəMüsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı iyunun 20-də  müsahibə verib:

– Müsavat Partiyası qurultayla bağlı son qərar veribmi?

– İyunun 23-də partiya Divanının iclasında bu məsələ yenidən müzakirə ediləcək. Ayın sonunda Müsavat Məclisinin toplantısında da qurultay əsas müzakirə mövzularından biri olacaq. Bildiyiniz kimi, iyunun 28-də qurultay keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərmişik. Müraciətdə icra hakimiyyətindən xahiş etmişik ki, qurultayın keçiriləcəyi günə 3-4 həftə qalmış cavab versin. Çünki partiyanın nizamnaməsinə, qəbul etdiyi prosedur qaydalarına görə qurultaydan 3-4 həftə əvvəl bəzi addımlar atılmalıdır. Namizədlərin müəyyənləşməsi, təbliğat kampaniyasının aparılması və başqa addımların atılması üçün vaxt, müddət lazımdır. Təəssüf ki, bu günə qədər icra hakimiyyəti müraciətə cavab verməyib. Faktiki olaraq iyunun 28-də qurultay keçirilməsini mümkünsüz edən vəziyyət yaranıb. Hətta icra hakimiyyəti həmin tarixdə yer ayırsa belə, biz partiyanın qəbul etdiyi prosedur qaydalarına uyğun tədbirləri həyata keçirmək imkanından məhrum olmuşuq. Bu vəziyyət yəqin ki, Məclisdə və Divanın iclasında müzakirə olunacaq, yaranmış vəziyyətə uyğun konkret qərarlar veriləcək.

– Azərbaycanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin dönəm sədri Elmar Məmmədyarova edilən müraciətə cavab verilibmi?

– Yox, cavab verilməyib. Faktiki olaraq Azərbaycan hakimiyyəti siyasi partiyalarla münasibətini sükut üzərində qurmağa üstünlük verir.

– Deməli, böyük ehtimalla iyunun 28-də qurultay olmayacaq. Havaların istiləşməsini də nəzərə alsaq, belə çıxmırmı ki, qurultay payıza kimi təxirə salına bilər?

– Bizim qurultayı təxirə salmaq səlahiyyətimiz yoxdur. Qurultay partiyanın nizamnaməsinə uyğun olaraq keçirilir. Bizim üzərimizə düşən vəzifə qurultayın keçirilməsinə nail olmaqdır. Biz bu istiqamətdə çalışırıq və bütün mümkün variantlardan istifadə edərək qurultayın ən yaxın müddətdə keçirilməsinə nail olmaq istəyirik. Qurultay mümkün olan ən yaxın tarixdə keçiriləcək.

– Partiyada qurultayın keçirilmə vaxtı və yeri ilə bağlı müxtəlif fikirlər, narazılıqlar da var, tərəflər bir-birini ittiham edir. Bununla bağlı Müsavat başqanının və Divan üzvlərinin mövqeyi nədir?

– Narazılıqların bəzi obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb odur ki, qurultayın keçirilməməsi partiya strukturları üçün müəyyən problemlər yaradır. Həqiqətən müəyyən dəyişikliklər olmalıdır, partiyada yeni vəzifə tutmaq istəyən insanlar var, öz vəzifəsini müxtəlif səbəblərdən icra etmək imkanı olmayan şəxslər var… Bütün bu amillər qurultayın keçirilməsi zərurətini artırır. Müəyyən subyektiv fikirlər də mövcuddur. Ancaq qurultayın guya Müsavat Partiyası rəhbərliyinin ucbatından keçirilmədiyi haqda iddialar tamamilə əsassız və ədalətsizdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600