“Təəssüflər olsun ki, onlara yemək belə verə bilmirik”
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov açıqlamasında deyib ki, inzibati xətalar ittihamı ilə tutulmuş cəbhəçilərin vəziyyəti ürəkaçan deyil.
“Hazırda 6 cəbhəçi – sədr Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənli, Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli, fəal Ağaverdi Ruşanov, keçmiş siyasi məhbus Cabbar Savalanlı, Gənclər Komitəsinin sədri İlham Hüseyn, fəal Türkel Əlisoy həbsdədir. Onların hər biri 20 sutka müddətinə inzibati cəza alıb.
Tutulanlardan öncə Bəhruz Həsənli və Təzəxan Mirələmli, sonuncu isə Türkel Əlisoy azadlığa çıxacaq. Təəssüflər olsun ki, onlara yemək belə verə bilmirik. Saxlandıqları yerin yeməkləri isə keyfiyyətsizdir. Cəbhəçilərdən bəziləri tutulan zaman döyülüb. Bu səbəbdən onların səhhətlərinin qaydasında olduğuna əmin deyilik. Bu günə kimi Ombudsman Aparatının nümayəndələri onlara baş çəkməyib” – deyə N.Ədilov bildirib.
AXCP fəalları Bakı polisinin Binəqədidəki məntəqəsində saxlanır.
media forum