Təhsil işçiləri ixtisar olunub? - AÇIQLAMA

media-hightechnic-468x90

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) mediada təhsil idarələrində çalışan xeyli sayda əməkdaşın vəzifəsindən azad olunması və ixtisarı ilə bağlı yayılan məlumatların doğru olmadığını açıqlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə agentliyin sosial şəbəkə hesabında bildirilib.

“Mediada Təhsil İdarələrində çalışan çoxsaylı əməkdaşın işdən azad olunması və ixtisarı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”, – məlumatda diqqətə çatdırılıb.

MÜTDA-nın mətbuat xidməti vurğulayıb ki, əvvəlki strukturda metodiki kabinetlərdə çalışan metodistlər fəaliyyətini tabe müəssisələrdə davam etdirir: “Əməkdaşların işlə təminatı prosesi hazırda da davam etməkdədir”.

Dövlət qurumu cari ildə metodik xidmətə cəlb olunacaq yeni metodistlərin seçimi, təlimləndirilməsi və işə cəlbi prosesinin həyata keçirilməsi nəzərdə tutulduğunu qeyd edib: “2025-ci il ərzində yeni formalaşdırılacaq metodik xidmətə 500-dən çox metodistin cəlbi nəzərdə tutulur”.

“Bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək”, – paylaşımda bildirilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05