Təhsil Nazirliyindən yeni qərar

media-hightechnic-468x90

загруженное (1)Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ləğv olunmuş ümumi təhsil müəssisələrinin şagirdlərinin yerləşdirilməsi prosesini yekunlaşdırır.

Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ləğv olunmuş ümumi təhsil müəssisələrinin şagirdlərinin yerləşdirilməsi prosesini yekunlaşdırır. Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, son məlumata əsasən burada təhsil almış şagirdlərin 42 faizi artıq digər dövlət və özəl məktəblərinə qəbul olunub.

“Digər təhsil alanların Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş təhsil hüquqlarını təmin etmək və təhsillərini yüksək səviyyədə davam etdirilməsinə imkan yaratmaq məqsədi ilə Təhsil Nazirliyi Bakı şəhərində Akademik Zərifə Əliyeva adına liseydə, regionlardan isə Gəncə, Şirvan, Quba, Lənkəran, Mingəçevir və Ağdaşda fəaliyyət göstərən və şagirdlərinin nailiyyətlərinə görə həmin bölgədə ilk pillələri tutan dövlət ümumi təhsil müəssisələrində eksperimental pilot siniflərin açılması barədə qərar qəbul edib”.
TN-dən o da bildirilib ki, qəbul olunmuş qərara əsasən eksperimental pilot siniflər həmin şəhərlərdə mövcud olan ABTK-nın bağlanmış lisey binalarında yerləşdiriləcək və seçimini etməmiş şagirdlərə könüllü əsaslarla bu məktəblərə keçmək təklif olunacaq.
Eksperimental pilot siniflərdə tədrisin təşkili üçün özəl təhsil qurumlarının cəlb olunması nəzərdə tutulur. Burada tam orta təhsil proqramından əlavə ayrı-ayrı fənlərin dərinləşdirilmiş, o cümlədən xarici dillərdə tədrisi proqramı tətbiq olunacaq.
Sentyabrın 15-də bütün ölkədəki kimi qeyd olunan siniflərdə də tədris prosesinə başlanacaq. (lent.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600