Təhsil Nazirliyindən yeni qərar

media-hightechnic-468x90

teh3Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanındakı yanğın baş vermiş çoxmərtəbəli binada yaşayan ümumi təhsil müəssisələri şagirdlərinin siyahısı Binəqədi Rayon İcra Hakimiyyətində təşkil edilmiş qərargaha təqdim olunub.

media-banner_tuq

Təhsil Nazirliyindən verilən məlumata görə, bu siyahıda adı olan şagirdlər ailələri ilə birgə müvəqqəti məskunlaşdıqları ünvana yaxın məktəblərdə təhsillərini davam etdirəcəklər.

Qərargahda Təhsil Nazirliyini Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov təmsil edir.

Həmçinin, vətəndaşlar yanğın hadisəsi zamanı sıradan çıxmış təhsil sənədlərini yenidən almaq üçün yaxınlıqda səyyar fəaliyyət göstərən ASAN Xidmətə, yaradılmış qərərgaha və ya birbaşa Təhsil Nazirliyinə müraciət edə bilərlər. Əlavə məlumat almaq istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) zəng edə bilərlər(aznews).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05