“Təkamül” İB psixo-sosial reabilitasiya layihəsinə start verir

media-hightechnic-468x90

Bakı, Azərbaycan – “Təkamül Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, “Şəhid ailələri və müharibə iştirakçıları ailələrindən olan uşaqlar üçün psixo-sosial reabilitasiya” adlı layihəsinin icrası davam edirbaşlayır. Layihə “Konstitusiya və Suverenlik” mövzusuna həsr olunub.

Layihənin məkanı Sumqayıt şəhəri, Kimyaçılar 3 icmasının lideri, Solmaz xanım Zeynəddinova layihənin tədbirlərinə evsahibliyi edir və özü də təlimçı qismində çıxış edir. Layihənin gedişatı haqqında öz fikirlərini bölülşür.

“Biz Sumqayıt şəhər Kimyaçılar qəsəbəsində yaşayırıq. Bizim icmamız 25 ildir fəaliyyət göstərir. Fəaliyyətimiz dövründə uşaq və gənclər ilə bağlı onlarca layihədən faydalanmağa çalışmışıq. Növbəti layihəmiz “Şəhid ailələri və müharibə iştirakçıları ailələrindən olan uşaqlar üçün Psixo-sosial reabilitasiya” adlanır.

Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, onların bizə əmanət qoyduğu ailələrinə, xüsusən də övladlarına mənəvi borcumuzu dərin hörmətlə dərk edirik. Müharibənin izləri yalnız cəbhədə deyil, həm də ailələrin, uşaqların qəlbində silinməz izlər buraxır. Bu layihə məhz həmin izləri yumşaltmaq, şəhid və müharibə iştirakçılarının ailələrindən olan 10-15 yaşlı uşaqlara psixoloji dəstək vermək, onların sosial adaptasiyasını gücləndirmək məqsədi daşıyır.

Psixo-sosial reabilitasiya proqramı uşaqların yaşadıqları travmaları ifadə etmələrinə şərait yaratmaq, onların daxili gücünü bərpa etmək və emosional dayanıqlılığını artırmaq üçün nəzərdə tutulmuşdur. Bu layihə vasitəsilə biz uşaqlara tək olmadıqlarını, onların acılarını bölüşməyə, ehtiyaclarını dinləməyə və gələcəyə inamla baxmalarına yardım etməyə çalışırıq.

Bu təşəbbüs həm də cəmiyyətin kollektiv məsuliyyət hissini gücləndirərək, vətən qarşısında borcunu yerinə yetirmiş ailələrin yanında olduğumuzu göstərməyə bir çağırışdır. Layihədə iştirak edən hər bir uşaq bizim üçün dəyərlidir, onların sağlam psixoloji inkişafı isə güclü, dayanıqlı bir gələcəyin təməlidir.

Ekologiya və rəssamlıq dərsləri birgə şəkildə təşkil edildikdə, xüsusilə də 10-15 yaşlı şəhid və müharibə iştirakçılarının ailələrindən olan uşaqlar üçün bir neçə mühüm məqsədə nail olmaq mümkündür. Bu cür dərslərin həm psixoloji, həm də sosial və tərbiyəvi təsiri güclüdür. Qrup şəklində işləmək və paylaşmaq isə sosial bacarıqları gücləndirir.

Əminik ki, bu layihədən uşaqlar maksimum faydalanacaq ve layihə maksimum səmərəli olacaq. Onun dayanıqlığını davam etdirməyi düşünürük.”

media-04270cfb-2bea-40fb-b053-45a8fc11f557

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600