Tələbələrin əl işləri gül bayramında nümayiş etdirildi-Foto

media-hightechnic-468x90

unnamedSəbail rayonunun “Sahil baği”nda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunan ənənəvi gül bayramı keçirilib.

Tədbirdə Energetika naziri Natiq Əliyev, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin Komitə sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov və digər qonaqlar iştirak edib.

Səbail rayonunun idarə və təşkilatlarının, ictimai təşkilatlarının, ali, orta və məktəbəqədər təhsil müəssisələrinin, rayon ictimaiyyəti nümayəndələrinin toplaşdığı “Sahil bağı”nında ADİU-nin tələbələrinin əl işlərindən ibarət maraqlı gül ekspozisiyaları da yer alıb. Çıçəklərdən hazırlanan müxtəlif fiqurlar arasında ulu öndər Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyevanın portretləri, onlarla bağlı digər gül kompozisiyaları, Qız qalasının, paytaxtın yeni simvoluna çevrilən “Alov Qüllələri” Kompleksinin, “Səbail” gəmisinin, 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Olimpiya Oyunlarının embleminin və güllə işlənmiş başqa ornamentlər bayram iştirakçılarının diqqətini cəlb edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600