!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tələbənin öldüyü qəzadan görüntülər - VİDEO

!Reklam – Yazi

Astaranın Şahağacı kəndində tələbənin ölümü ilə nəticələnən yol qəzası baş verib.

ARB TV xəbər verir ki, “Mitsubishi-Pajero” markalı avtomobil hərəkətdə olarkən qarşısına uşaq çıxıb. Sürücü avtomobili yolun kənarındakı maneəyə çırpıb. Bu səbəbdən sürücü maneədən yayınmaq istəyib. Onun kənara çəkdiyi nəqliyyat vasitəsi dirəyə çırpılıb.

Nəticədə sərnişinlər 18 yaşlı Sahil Rüstəmov və onun həmyaşıdı Ağamoğlan Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki yaralı Lənkəran Mərkəzi rayon xəstəxanasına çatdırılsada, Sahil Rüstəmovun həyatını xilas etmək mümkün olmayıb. Ağamoğlan Cabbarovun vəziyyəti isə ağırdır.

Qeyd edək ki, Sahil Rüstəmov evin tək oğul övladı olub. O, Azərbaycan Texniki Universitetinin tələbəsi olub.

www.yenicag.az

1937
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv