“Təmir-bərpa işləri 5 aya yekunlaşacaq”

media-hightechnic-468x90

b1b92e73ae25a9d58201f4dd147db059Baş nazirin müavini, Bakıda çoxmərtəbəli binada yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov yanğın baş verən əraziyə gəlib.

A. Şərifov əraziyə baxış keçirib, binada aparılan təmir-bərpa işləri ilə tanış olub, lazımi göstərişlər verib.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunun Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.

Yanğınla əlaqədar yaradılan Dövlət Komissiyası binanın bərpa olunması barədə qərar qəbul edib.

***

Bakıda yanğın baş verən çoxmərtəbəli binada aparılan təmir-bərpa işləri 5 aya yekunlaşacaq.

Bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini, binada yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov bildirib.

A. Şərifov qeyd edib ki, artıq binada təmir-bərpa işlərinə start verilib.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunun Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.

Binada əsaslı təmir və yenidənqurma işləri aparılması üçün 3 milyon manat ayrılıb(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600