!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tenderlərdə nələrlə qarşılaşırıq?” – İQTİSADÇIDAN AÇIQLAMA

!Reklam – Yazi

“Hər şeydən öncə bu tipli addımlar geniş korrupsiya əməllərinə yol açır”.

Bu sözləri dövlət qurumları və özəl şirkətlərdə təşkil edilən tender layihələrində qeyri-şəffaflıqlara münasibət bildirən iqtisadçı ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O, həmçinin bildirib ki, bu tipli addımların qarşısını almaq istiqamətində dövlət tərəfindən müəyyən işlər görülüb:

“Ümumiyyətlə, tender məsələləri uzun müddətdir müzakirə olunan mövzulardandır. Ölkə iqtisadiyyatına zərbə vuran böyük korrupsiya əməliyyatları kimi neqativ hallara səbəb olur. Bu məqamlar hətta dövlət başçısı tərəfindən dəfələrlə vurğulanıb.

Biz bu gün tenderlərdə nələrlə qarşılaşırıq? Əsasən dövlət qurumları tərəfindən keçirilən böyük tenderlər bəzən yaxın şirkətlərə verilir. Müəyyən bir sahədə təcrübəsi olmayan və yaxud kimlərinsə yaxınlığı ilə seçilən tender qalibi elan edilir. Əlbəttə ki, bunun çox böyük mənfi təsirləri mövcuddur. Hər şeydən öncə bu tipli addımlar geniş korrupsiya əməllərinə yol açır.

Digər tərəfdən bu, həm də açıq rəqabət imkanlarını məhdudlaşdırır. Çünki digər sahibkarlıq subyektləri kənarda qalır. Bu da öz mənfi təsirlərini göstərmiş olur. Belə ki, bu cür layihələr bir qrup şəxsin əlində cəmlənmiş olur. Həmçinin digər narahatlıq doğuran məqam görülən işlərdə keyfiyyətin yoxluğudur. Çünki bu cür işlər korrupsiya yolu ilə həyata keçirildiyindən keyfiyyət göstəricilərinə rast gəlmək çətin hal alır. Nəticədə dövlət sifarişləri arzuedilən səviyyədə yekunlaşmır.

Qeyd etmək lazımdır ki, dövlət tərəfindən müəyyən tədbirlər görülüb. Artıq tenderdə iştirak elektronlaşdırılıb. Ümumilikdə, 5 min manatdan yuxarı hər bir əməliyyat mütləq şəkildə tenderdən keçirilməlidir. Lakin buna baxmayaraq bəzən daha irihəcmli – milyonluq tenderlər çox da tanınmayan, nüfuzu az olan, hətta vergi borcu olan təşkilatlar da tender qalibi elan olunur. Təbii ki, bu, büdcə vəsaitlərinin mənimsənilməsinə geniş yol açan prosesdir. Lakin əvvəlki illərlə müqayisədə bu kimi əməllərlə mübarizə məqsədilə müəyyən tədbirlər həyata keçirilir”.

Yusif Səmədzadə

www.yenicag.az

435
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv