!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tənzilə Rüstəmxanlı Azərbaycanda səfərdə olan avropalı türklər ilə görüşdü – FOTO

!Reklam – Yazi

 

Avropa və Türkiyədən olan QHT və media nümayəndələri Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı ilə görüşüblər.

Yenicag.az xəbər verir ki, Azərbaycan-Türkiyə Evinin (ATEV) mərkəzi qərargahında baş tutan görüşdə Almaniya, Avstraliya, İngiltərə, İsveçrə, Türkiyədən QHT, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüş çərçivəsində Türk dünyası və Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb, Türk dünyasının inteqrasiyası məsələləri müzakirə olunub.

Millət vəkili Tənzilə Rüstəmxanlı Türk dünyasının mahiyyəti və əhəmiyyəti ilə bağlı çıxış edib, Avropada yaşayan türkləri maraqlarından sualları cavablandırıb və onlarla yaxından tanış olub.

Həmçinin görüşdə Ulusal Kanalın xaricdəki nümayəndəsi Yener Güneş, İngiltərə Anadolu Mədəniyyət Dərnəyinin İcraçısı Mustafa Mersinoğlu, Almaniya Frankfurt KültürTreff Dərnəyinin rəhbəri Eylem Demirel Boral, İsveçrə Talat Paşa Komitəsinin rəhbəri Ayhan Ay, təqaüddə olan mayor, Qaziantep Univesitetinin müəllimi Dosent Ali Fuat Gökçe, Türkiyə – Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər və digərləri çıxış ediblər.
Tədbirin sonunda isə Tənzilə Rüstəmxanlı iştirakçılara üzərində Qarabağ zəfərinin nişanəsi olan hədiyyələr təqdim edib.

 

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

124
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv