Tənzilə Rüstəmxanlı Həsənəbad qəsəbəsində sakinlərlə görüşdü - FOTO

media-hightechnic-468x90

 

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlının Neftçala rayonu, Həsənabad qəsəbəsində sakinlərlə növbəti görüşü olub.

Həsənabad qəsəbəsində, şəhid Şəmsəddin Orucov adına tam orta məktəbdə təşkil edilən görüşdə 40 dan artıq sakin iştirak edib.

Görüşdə, qəsəbə sakinləri ilə yanaşı, Neftçala şəhərindən, həmçinin Qoltuq, Boyat, Aşağı Qaramanlı, Qədimkənd kəndlərindən də vətəndaşlar iştirak ediblər.

Öncə millər vəkili ötən aylar ərzində Neftçala rayonunda gördüyü işlərdən, həllini tapan müraciətlər barədə vətəndaşlara qısa məlumat verib. Ardınca, qəbula gələn sakinlərin səsləndirdiyi təkliflər, şikayətlər dinlənilib.

Qəbula gələn sakinlər əsasən qəsəbə məktəbinin binasının acınacaqlı vəziyyətindən, qəsəbənin su təchizatındakı problemlərdən, bəzi kənd və məhəllə yollarının təmirə ehtiyacından, o cümlədən işsizliklə bağlı şikayətlənərək, deputatdan bu məsələlərlə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmağı xahiş ediblər.

Görüşdə iştirak edən Azərbaycanın Milli Qəhrəmanı, şəhid Samid İmanovun atası Gülağa İmanov və Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova Tənzilə Rüstəmxanlıya Neftçala rayonunda, o cümlədən Həsənabad qəsəbəsində şəhid ailələrinə, qazilərə göstərdiyi hədsiz diqqətə görə təşəkkür ediblər.

Görüşün sonunda qəbula gələn Neftçala rayon Peşə məktəbinin direktoru Tarıyel Yaqubov tələbələrin çəkdiyi rəsm işini Tənzilə xanıma hədiyyə edib və onu may ayında məktəbin 50 illik yubileyində iştirak etməyə dəvət edib.

Görüşdə Neftçala rayon İcra Hakimiyyətinin ictimai – siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Vasif Əliyev də iştirak edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600