Terrorun bitməsi Türkiyə iqtisadiyyatını necə DƏYİŞƏCƏK? – “İnflyasiyanın enməsi gözlənilir”

media-hightechnic-468x90

“PKK-nın silah buraxması Türkiyə iqtisadiyyatına birbaşa təsir göstərəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyədə yaşayan iqtisadçı-ekspert Günay Hüseynova bildirib.

media-whatsapp-gorsel-2025-07-09-saat-13-06-11_efb2e559

Politoloq son günlər gündəmdə olan PKK terror təşkilatının silahı yerə qoyması və qrupun rəhbəri Abdullah Öcalanın bu gün ictimaiyyətə göndərdiyi silah buraxma mesajını dəyərləndirərək bu önəmli hadisənin gerçəkləşəcəyi halda Türkiyə iqtisadiyyatına təsirindən bəhs edib.

Onun sözlərinə görə, PKK-nın geri çəkilməsi və fəaliyyətini dayandırması təkcə siyasi deyil, iqtisadi baxımdan da mühüm əhəmiyyət kəsb edir.

“Türkiyə iqtisadiyyatında təbii ehtiyatlar bir o qədər də olmadığından dövlət büdcəsinin əsasını vergi, yığımlar və insan əməyinə dayanan istehsal təşkil edir. Bu gəlirlərin də əhəmiyyətli hissəsinin təhlükəsizlik və müdafiə sisteminə, silah-sursat sahəsinə yatırılması iqtisadi baxımdan dövlət büdcəsini olduqca sarsımışdı”.

Analitik qeyd edib ki, əgər terror təşkilatı silahı buraxarsa, Türkiyənin turizm və təhsil sisteminə də təsir edə bilər:

“PKK fəaliyyət göstərdikcə, təhlükəsizliyin təmin olunmasına yatırılan vəsait digər sahələrin inkişafında çətinlik yaradırdı, bununla belə ölkənin qərb və mərkəz hissəsi turistik cəhətdən inkişaf etsə də, digər bölgələri xüsusi ilə də cənub bölgəsi minimum səviyyədir. Həmin bölgələrin hazırda da modernizasiyaya, təhsil sisteminin inkişafına ehtiyacı var. Öz məktəbi olmayan kəndlər, heç məktəbə getməyən uşaqlar, hərf tanımayan insanlar, 4-cü sinifdən sonra təhsil almayan uşaqlar saysız-hesabsızdır. Vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına çəkilən xərc təhlükəsizliyin təmin edilməsinə yönəldiyi üçün təhsil, turizm o bölgələrdə özünün inkişaf səviyyəsinə çatmayıb”.

“Bununla belə ölkədə qeyri sabitlik beynəlxalq imicinə zərbə vurmaqla yanaşı, xarici investorların da bir o qədər də marağında deyildi. Həmçinin dəyişən valyuta sistemi, milli valyutanın dəyərdən düşməsi, təhlükəsizlik vasitələri üçün xarici valyutanın ölkədə çıxışı da ölkənin iqtisadiyyatına çətinlik yaradırdı. Türkiyə iqtisadiyyatında hazırda geosiyasi proseslər olmazsa. dövlət büdcəsinin bu xərclərinin azalması, inflyasiyanın enməsi gözlənilir”, – deyə o, fikirlərini tamamlayıb.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600