“Təxirə salınmadan sülh sazişi imzalanmalıdır” – Bakı və İrəvan bu dəfə Əbu-Dabidə

media-hightechnic-468x90

“Təxirə salınmadan sülh sazişi imzalamaq Azərbaycanın da, Türkiyənin də, Ermənistanın da milli maraqlarına uyğundur”.

Bu fikri Azərbaycan prezidenti ilə Ermənistan Baş nazirinin Əbu-Dabidə keçiriləcək görüşü və sülh müqaviləsinin imzalanma ehtimalını Yenicag.az-a şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.

media-zelimxanmemmedli1

O, bildirib ki, sülh müqaviləsinin imzalanması mümkündür:

“Rusiyanın Ermənistanda revanşistləri dəstəkləyərək xaos yaratmaq imkanları iflasa uğradı. Türkiyənin proseslərə qoşulması diqqətçəkən məsələdir. Paşinyanın Türkiyə səfərində razılaşdırılmış məqamlardan biri dialoqları artırmaq və sülh sazişinin imzalanmasına nail olmaqdır. Bundan əlavə, Zəngəzur dəhlizi ilə bağlı məsələ aktual ola bilərdi. İranın təsir imkanları minimuma endi və Tehranın Fars körfəzində hansısa marşrut qurması əngəl deyil. ABŞ-nin sülh bağlı planları var idi və qarant olaraq özünü göstərirdi. ABŞ Cənubi Qafqazda konfliktlərin həll olmasında maraqlı dövlət kimi qoruyub saxlayıb”.

Onun fikrincə, Cənubi Qafqaz ABŞ ilə rəqabətdə olan Rusiyanın təsir dairəsindən çıxır:

“O cümlədən strateji müttəfiq, NATO üzvü olan Türkiyənin regionda təsir imkanları artır. Təbii ki, Azərbaycanın da nüfuz dairəsi genişlənir. Ermənistan da Azərbaycan və Türkiyə ilə səmimi münasibət qurmalıdır ki, inkişaf edə bilsin. Əbu-Dabidə görüş mümkündür. Azərbaycan tərəfi də pozitiv mövqedə olub. Azərbaycanın şərtləri də qəbul oluna bilər. Təxirə salınmadan sülh sazişi imzalamaq Azərbaycanın da, Türkiyənin də, Ermənistanın da milli maraqlarına uyğundur və Zəngəzur dəhlizinin açılması üçün maneələrin aradan qaldırılması anlamına gələcək. Rusiyanın bölgədə Ermənistan vasitəsi ilə, yaxud Zəngəzur dəhlizinə görə regiona girmək imkanları da minimuma enir”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600