!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Texnologiya, tələbat, MALİYYƏ: “Uzun illərin təcrübəsi tələb olunmadığı üçün...” - AÇIQLAMA

!Reklam – Yazi

Bildiyimiz kimi, 21-ci əsr texnologiya əsridir. İnsanların çoxu öz ixtisaslarına yox, rəqəmsal sahələrə üstünlük verir. Çünki hal-hazırda ən tələb edilən sahə budur və gəlir mənbəyi daha çoxdur.

Bəs rəqəmsal eraya keçid etməyin hansı üstünlükləri var? Texnologiyanın hansı növlərinə daha çox üstünlük verilir?

Dünya İqtisadi Forumunun hesabatına görə, 2025-ci ilə qədər texnoloji bacarıqlar tələb edən işlərin sayı əhəmiyyətli dərəcədə artacaq. Bundan əlavə, son illərdə fərdləri texnologiya sahəsində karyera qurmağa həvəsləndirmək, təlim və kadr hazırlığını təmin etmək üçün müxtəlif proqramlar və təşəbbüslər həyata keçirilib. Həmçinin Azərbaycanda da ötən illərə nisbətən informasiya texnologiyaları, veb proqramlaşdırma, kiber təhlükəsizlik və s. kimi kursların sayı artıb. Eyni zamanda dünya əhalisinin xeyli qismi məktəb təhsilini bitirdikdən sonra universitet oxumaq istəmir. Çünki düşünürlər ki, universitetə edilən yatırım rəqəmsal sahələrə edilməlidir.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən İKT eksperti Şahin Əliyev bildirib ki, qlobal dünyada baş verən transformasiyaların rolu çox böyükdür:

“Gənclər bu sahəyə çox üstünlük verir. Çünki geniş maliyyə imkanları, həmçinin saysız-hesabsız iş fürsətləri var. Bundan əlavə, tendensiyaya görə daha çox süni intellekt və informasiya texnologiyalarına uyğun işlərə tələbat artır. Hal-hazırda “ChatGPT” bütün dünyada məşhurdur. Çünki operativ və dəqiqdir.

Zaman keçdikcə rəqəmsal sahələr ən çox tələb edilənlər arasında olacaq. Artıq dünya bu istiqamətdə irəliyəyir. Texnologiya elə bir sahədir ki, burada 4 il oxumaq məcburiyyəti yoxdur. İnsan özü belə öyrənə bilər. Eyni zamanda uzun illərin təcrübəsini də tələb etmir. Buna görə də gənclər çox həvəslidir. İstənilən şəxs istər internet vasitəsilə, istərsə də kurslara gedərək öz rəqəmsal biliklərini təkmilləşdirə bilər”.

Şahanə Paşa

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv