Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Təzyiq, oturaq iş, çox yemək diabet yaradır - 7 mühüm cavab

Müasir sivilizasiyasının epidemiyası olan şəkərli diabet xəstələrinin sayı yaxın 20 ildə daha da artacaq.

Dünya səhiyyəsi bununla mübarizə üçün səfərbər olub, amma axın o qədər güclüdür ki, qarşısında dayanmaq çox çətindir. Üstəlik diabeti tamamilə sağaldan dərman yoxdur.

İndi hətta sağlam insanı da bu sual düşündürür: mən də diabet olacam?

Yenicag.az rusiyalı professor, Diabetologiya kafedrasının həkimi Tatyana Demidovanın şəkərli diabetlə bağlı ən çox verilən 7 suala cavablarını təqdim edir.

1.Əgər mən çox şokolad, konfet, qənd yeyirəmsə, diabet olacam?

Diabet metobolik xəstəlikdir, orqanizmdə müxtəlif mexanizm pozulmalarından yaranır. Təkcə şokolad, konfet yeməyin özü diabet yaratmır. Əsasən genetik fonda və yüksək piylənmə, çəki alma və hipodinamiya fonunda inkişaf edir.

Amma əgər insan sistematik olaraq belə deyək, aşırı dərəcədə şirniyyat yemək çəki artımına, insulin, qlükozanın artmasına səbəb olur ki, bu diabet üçün risk faktorudur.

2.Əgər insan uzun illər fast-food, zərərli qidalanıbsa, onda şəkərli diabet olurmu? Qida tərzini dəyişməklə qorunmaq olarmı?

Əgər bir insan 40-45 yaşa kimi necə gəldi, zərərli, qeyri-sağlam qidalanırsa, çox güman ki, onda diabetə səbəb olacaq mexanizmlər formalaşacaq. Diabetlə xəstələnmədə qidalanma genetikadan sonra gəlir, çox zaman onu da keçir. Amma dəqiq riyazi hesablama kimi demək olar ki, sən pis qidalanmısan, mütləq diabet olacaqsan. Bilmək olmaz bu nə vaxt baş verəcək.

Ona görə profilaktika məqsədilə istənilən yaşda qidalanmanı dəyişmək gec deyil. Fiziki aktivlik, qlükozanın qanda tez-tez yoxlanması, qanın biokimyəvi analizlərinin vaxtaşırı verilməsi və azca dəyişiklik olan kimi dərhal hərəkətə keçmək lazımdır. Çəkinizi normada saxlamağa çalışın.

3.Əgər mənim təzyiqim yüksəkdirsə, gələcəkdə diabet də olacam?

Diabeti olan insanın mütləq təzyiq problemi olur. Yüksək arterial təzyiq diabet üçün vacib markerdir, amma 100% demək olmaz ki, o diabetə çevriləcək. Ona görə yüksək təzyiqdən əziyyət çəkənlər vaxtaşırı şəkərin qanda təyini analizlərini verib, həkimlə məsləhətləşsinlər.

4.Əgər babamda, nənəmdə diabet varsa, məndə və övladlarımda olma ehtimalı nə qədərdir?

Ehtimal və risk çox yüksəkdir. II tip Diabet genetik xəstəlikdir, nəsillərə ötürülür. Ona görə ailəsində belə xəstəliyi olanlar daha diqqətli olub, qidasına, çəkisinə, qanda qlükozaya 3-6 aydan bir diqqət yetirməlidirlər. Ən azı preddiabet mərhələni tez tuta bilərsiz.

5.Doğrudurmu, elə ərzaqlar, bitkilər var ki, diabetin qarşısını alır?

Ən yaxşısı nə yeyim ki, arıqlayın, kökəlməyim barədə düşünməkdir. Düzünü desək, belə bir möcüzəvi bitki, ərzaq yoxdur. Hər şey balanslaşdırılmış olmalıdır. Filan meyvə, bitki, dərman səni diabet olmağa qoymayacaq, sadəcə mifdir.

6.Mən bütün günü oturaq işdə çalışıram, idmana getmirəm. O deməkdir ki, yaşlananda diabet olacam?

Az hərəkət etmək, oturmaq əzələ toxumasının insulinə həssaslığını azaldır, əzələ kütləsini zəiflədir, bu da II tip Diabet riskini yaradır. Onag görə idmana getmək, evdə də olsa idman hərəkətləri etmək vacibdir.

7.Qanda qlükoza azca yüksəlib, amma diabet deyiləm. Mənə şirniyyat yemək olmaz?

Bəli, artıq bal, şəkər, konfet, mürəbbə, şirniyyat, düyü, püre, ağ çörək, sıyıqlar yemək olmaz. Bu halda diabetik menyulara baxıb o qidalanmanı seçmək lazımdır./Medicina/

www.yenicag.az

11904
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100