İnsanın bir çox orqanlarının işi qanın dərəcədə keyfiyyətli, duru və qatı olmasından asılıdır. Əgər qan qatılaşırsa, bu artıq ciddi siqnaldır.
Yenicag.az medicina.az-a istinadən rusiyalı həkimin təqdim etdiyi qanı qatılaşdıran qidaların siyahısını təqdim edir.
Qanın qatılığı birinci növbədə orqanizmə daxil olan maye, su miqdarından çox asılıdır.
Qan 90% sudan ibarətdir.
İkinci səbəb qida və dietadır.
Əgər sizdə analizlərdə qan laxtalanması yüksəkdirsə, bu insanlar ümumiyyətlə aşağıdakı ərzaqlardan uzaq durmalıdır
– Şəkər – təkcə sənaye şəkəri yox, şirin meyvə, quru meyvələr də şəkər tərkiblidir. Şəkər qanın hüceyrələrini yapışdırır. Südlü şokolad, tort, pirojna, qazlı içki, şirin nə varsa – qanı qatılaşdırır. Şəkər xəstələrində diabet xırda damarları məhv etdiyi üçün onlar ümumiyylə qanın qatılaşmasının qarşısını almalıdırlar.
– Kartof – nişasta çox olduğu üçün həzm sistemində dərhal qlükozaya parçalanır. Bu da qanı qatılaşdırır
– Bal – hər 100 qramında 70 qr şəkər var. Tromb yaranmasına imkan verməsə də qanı qatılaşdırır
– Duzlu qidalar – orqanizmi susuzlaşdırır, qanı qatılaşdırır
Əgər sizdə xroniki yorğunluq, gərginlik, diqqət yayılması, depressiya varsa, deməli qanınız qatıdır. Həkimə gedib, analiz verin.
www.yenicag.az