“The Guardian” Ərdoğan haqqında iddia irəli sürdü

media-hightechnic-468x90

49540“Türkiyədə bir neçə böyük layihə, o cümlədən hava limanı prezident Rəcəb Tayyip Ərdoğanın adını daşıya bilər. Ərdoğan millətin “müasir talismanı” adını almaq üçün çalışır və şəxsiyyətə pərəstiş yaradır. Tənqidçilər isə ölkə lideri ətrafında şəxsiyyətə pərəstişin artdığından narahatdırlar.”

Yenicag.az anspres-ə istinadən bildirir ki, bu fikir “The Guardian” qəzetində yer alıb.

Qəzet yazır ki, İstanbulda nəhəng aeroportun tikintisi planlaşdırılır və ölkənin nəqliyyat naziri özü həmin aeroporta Ərdoğanın adını verməyi təklif edib. İndi prezident Türkiyədə bir neçə obyekt, o cümlədən Rizə şəhərində Qara dəniz sahilindəki bir universitetə, İstanbulda stadiona onun adı verilib. Ancaq yeni körpü onun adını daşıyacaq ən böyük layihə olacaq.”

«The Guardian» yazıb: “Bu körpü Atatürk gölü bəndi ilə kəsişir. Bu bənd 1980-ci illərdə Türkiyənin ən böyük layihələrindən olub və dünyəvi dövlətin banisi Mustafa Kemal Atatürkün adını daşıyır. Tənqidçilər islamçı Ərdoğanın Atatürkün müasir Türkiyə lideri statusunu ələ keçirməyə çalışmaqda ittiham edirlər.”

“Hürriyət” qəzeti ötən həftə məlumat yayıb ki, bu ilin martında Fərat çayı üzərində açılacaq körpü müasir Türkiyənin ən nəhəng mühəndislik layihələrindəndir. Ərdoğanın adını daşıyacaq körpü ən mühüm tikili sayıla bilər. Nəqliyyat naziri Lütfi Elvan deyib ki, vətəndaşlar körpünün prezidentin şərəfinə adlandırılmasını istəyir və ideya “hörmətli prezidentə çatdırılacaq, razılaşsa, körpüyə Rəcəp Tayyip Ərdoğanın adı veriləcək.”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600