Tıxacdan xəbəriniz olsun
GoMap.Az elektron xəritəsinə yeni funksiyalar əlavə olunub.
Onlardan biri “TRAFİK” funksiyasıdır. Saytda menyudakı “TRAFİK” düyməsini basmaqla Azərbaycanın bütün ərazisindəki yollarda nəqliyyat sıxlığını onlayn izləmək mümkündür. Yol xəritəsi “yoldakı sürətə görə vəziyyət” və “yoldakı avtomobil sıxlığına görə vəziyyət” rejimlərində işləyir. Bu funksiyadan GoMap.az-ın mobil versiyalarında da istifadə etmək mümkündür.
Digər yenilik isə intellektual axtarış sistemidir. Bu funksiyada ünvan üzrə dinamik axtarış gedir və istifadəçiyə seçim üçün siyahı təqdim edilir. Yeni sistemin tətbiqi ünvanları və obyektləri daha rahat axtarmağa və vaxta qənaət etməyə imkan verir.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış GoMap elektron xəritəsi hazırda Azərbaycan və Gürcüstan üzrə ən geniş məlumatları əhatə edir.
(qafqazinfo.az)