Tofiq Yaqublunun səhhəti pisləşib

media-hightechnic-468x90

DVP2K2EMüsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublunun səhhəti ağırlaşıb. Bunu başqanın digər müavini Elman Fəttah deyib. Onun sözlərinə görə, noyabrın 15-də ailə üzvləri Tofiq Yaqublu ilə telefonla danışıblar: “Tofiq bəy astma xəstəliyindən əziyyət çəkir. Ailə üzvləri ilə çətinliklə danışırmış. Nəfəs almaqda çətinlik çəkirmiş. Dərman alıb gətirmələrini istəyib.

Tofiq bəyin saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsi bu cür xəstələr üçün təhlükəlidir. Həmin müəssisə daş karxanalarının əhatəsində yerləşdiyindən həmişə toz olur. Toz isə astma xəstəliyinin ağırlaşmasında əsas rol oynayır”.

Tofiq Yaqublu 2013-cü il yanvarın 23-24-də İsmayıllı şəhərində baş verən iğtişaşlara görə tutulub. Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsi bu cəzanı qüvvəsində saxlayıb.

1961-ci ildə Gürcüstanda anadan olan Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Qarabağ müharibəsi veteranıdır. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-cu ildən partiya başqanının müavini postunu tutur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600