Həbsxanaya gətirilən tortdan mobil telefon çıxıb.
Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan Hicran Rəcəb oğlu Xalıqova gətirilən sovqata baxış keçirilib.
Xırdalan şəhər sakini Natiq Zahid oğlu Hüseynov tərəfindən məhkuma gətirilmiş sovqatın içərisində tort olan qabın alt hissəsində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yeri aşkarlanıb.
Həmin yerdən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd “Nar” danışıq kartı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
www.yenicag.az