Tovuzda avtomobil yandı: Sürücü xəsarət aldı

media-hightechnic-468x90

Tovuzda qaz sızması avtomobilin yanmasına səbəb olub.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Rayonun Bozalqanlı kənd sakini Babək İsmayılov idarə etdiyi VAZ 2107 markalı minik avtomobilini nasazlıq səbəbi ilə yolun kənarında saxlayıb.

Ancaq Babək İsmayılov yenidən avtomobili işə salmaq istəyən zaman ərazidən keçən qaz xəttində sızma baş verdiyindən yanğın olub. Bu zaman avtomobil yanıb, sürücü yüngül yanıq xəsarətləri alıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600